[b]Elvin Camalov Türkiyədə əməliyyat olundu [/b]
23.02.2017 - 18:00
[b]Elvin Camalov Türkiyədə əməliyyat olundu [/b]

“Qəbələ”nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. Klubdan apasport.az saytına verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.

 

Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir. 


Qeyd edək ki, Elvin Topaz Premyer Liqasının XVIII turunun “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnmişdi. Doktor Barış Kocaoğlu tərəfindən baş tutan müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanmış və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxmışdı.

0