[b]Premyer Liqa klubunun baş məşqçi postuna ilk namizəd[/b]
24.02.2017 - 10:13
[b]Premyer Liqa klubunun baş məşqçi postuna ilk namizəd[/b]

Klaudio Ranyeri ilə yollarını ayıran “Lester” baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqa çempionunu çalışdırmağa ilk namizəd bəllidi.

 

Bu, mövsümün əvvəlində “İnter”dən istefaya göndərilən Roberto Mançinidi. İngiltərə çempionatı italiyalı mütəxəssis üçün yad deyil. Belə ki, o, 2009-2013-cü illərdə “Mançester Siti”ni çalışdırıb.

 

Qeyd edək ki, Premyer Liqada 25 turdan sonra 17-ci pillədə qərarlaşan “Lester” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Sevilya”ya səfərdə 1:2 hesabı ilə məğlub olub.

 

0