[b]Elxan Məmmədov razılaşdırdı: Azərbaycan Serbiya ilə oynayacaq[/b]
24.02.2017 - 10:30
[b]Elxan Məmmədov razılaşdırdı: Azərbaycan Serbiya ilə oynayacaq[/b]

AFFA-nın baş katibi Elxan Məmmədov Serbiyada işgüzar səfərdə olub. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, o, Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.

 

Görüş zamanı iki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər arasında bununla bağlı razılaşma əldə olunub.

 

Futbol funksionerlərinin görüşündə iki ölkənin aşağı yaş qruplarından ibarət milli komandaları arasında yoldaşlıq matçlarının keçirilməsi qərara alınıb.

 

Elxan Məmmədov onu qəbul etdiyi üçün Kokezaya minnətdarlığını bildirib və görüşdən məmnunluğunu ifadə edib. Serbiya futbolunun rəhbəri isə UEFA-nın İcraiyyə Komitəsinə namizədliyini irəli sürən Məmmədova bu baxımdan dəstək olacağını vurğulayıb.

 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək qurumun növbəti konqresində baş tutacaq. İcraiyyə Komitəsinə 13 namizəd var ki, onlardan biri də məhz AFFA-nın baş katibi Elxan Məmmədovdu.

0