[b]“Neftçi” “İnter Arena”ya köçdü[/b]
24.02.2017 - 11:16
[b]“Neftçi” “İnter Arena”ya köçdü[/b]

Azərbaycan Premyer Liqasının XX turunda AZAL-ın qonağı olacaq “Neftçi” oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi məşqlərini “İnter Arena”da keçir.

 

Buna səbəb oranın meydançasının “AZAL Arena” kimi süni örtüklü olmasıdı. Baş məşqçi Elxan Abdullayev futbolçuların sintetik meydana uyğunlaşması üçün bu addımı atıb.

 

Autsayderlə görüş öncəsi “Neftçi”nin heyətində cəmi bir itki var. Bu, ötən turda “Kəpəz”lə görüşün 17-ci dəqiqəsində zədələnərək əvəzlənən Ruslan Abışovdu. Əzələsi dartılan kapitan qarşıdakı matçı buraxacaq. Milli üzvünün zədəsi ciddi olmasa da, baş məşqçi onu riskə atmaq istəmir. Abışov XXI turda “Zirə” ilə keçiriləcək qarşılaşmada meydandakı yerini ala biləcək.

 

Qeyd edək ki, fevralın 27-də keçiriləcək AZAL – “Neftçi” oyunu saat 15:30-da start götürəcək.

0