[b]“Heç kim sənin yazdığın tarixi silə bilməz”[/b]
24.02.2017 - 11:22
[b]“Heç kim sənin yazdığın tarixi silə bilməz”[/b]

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo həmkarı Klaudio Ranyeriyə dəstək olub. Apasport.az saytı xəbər verir ki, o, “Lester”dən qovulan italiyalı çalışdırıcının tərəfini saxlayıb.

 

Mourinyo sosial şəbəkədə paylaşdığı statusla Ranyerini dəstəklədiyini bildirib: “İngiltərə çempionu və FİFA-nın versiyasına görə, ilin ən yaxşı məşqçisi seçilmiş şəxs qovulub. Müasir futbol belədi, Klaudio. Gülməyə davam et, dostum. Heç kim sənin yazdığın tarixi silə bilməz”.

 

Qeyd edək ki, Ranyerinin rəhbərliyi altında “Lester” 2015/2016 mövsümündə İngiltərə çempionu adını qazanıb. Premyer Liqanın cari mövsümündə isə komanda hazırda 17-ci pillədə qərarlaşıb.

0