[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi özünə yeni klub tapdı[/b]
24.02.2017 - 17:00
[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi özünə yeni klub tapdı[/b]

“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Oğuz Çətin özünə yeni iş yeri tapıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Qaziantep Böyükşəhər Bələdiyyəspor” klubunun baş məşqçisi təyin edilib.

 

Son olaraq “TRT Spor” telekanalında şərhçilik edən Çətin I Liqa klubunda Mətin Diyadini əvəzləyib.

 

Onun yeni komandası 21 turdan sonra 22 xal toplayıb və turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. Bu nəticə rəhbərliyi qane etmədiyi üçün Diyadinlə yolların ayrılması, onun yerinə Oğuz Çətinin gətirilməsi məqsədəuyğun sayılıb.

 

Qeyd edək ki, 54 yaşlı məşqçi 2014-cü ildə “Xəzər Lənkəran”ı çalışdırıb. O, karyerası ərzində “Fənərbaxça”, “Kayseri Erciyesspor”, “Gənclərbirliyi”, “Diyarbakırspor” klublarında, həmçinin Türkiyə yığmasında işləyib.

0