[b]4 ölkə Avropa çempionatından imtina etdi[/b]
24.02.2017 - 17:19
[b]4 ölkə Avropa çempionatından imtina etdi[/b]

Skandinav ölkələri 2024-cü ildə keçiriləcək Avropa çempionatının təşkilatçılığından imtina ediblər. Apasport.az saytının məlumatına görə, bunu İsveç Futbol Assosiasiyasının prezidenti Karl-Erik Nilsson bildirib.

 

Ötən il Danimarka, Norveç, İsveç və Finlandiya AVRO-2024-ün birgə təşkilatçılığı üçün namizədliyi irəli sürməyi planlaşdırırdılar. Ancaq indi həmin ölkələr bu fikirlərindən daşınıblar. Onlar həmçinin AVRO-2028-ə də namizəd olmayacaqlar.

 

Qeyd edək ki, hələlik AVRO-2024-ün ev sahibliyi üçün rəsmən müraciət edən yeganə ölkə Türkiyədi. Almaniya və Hollandiyanın da namizədliyini irəli sürməsi gözlənilir.

0