[b]Ançelotti yubiley matçına çıxacaq[/b]
24.02.2017 - 18:41
[b]Ançelotti yubiley matçına çıxacaq[/b]

Almaniya çempionatının XXII turu çərçivəsində baş tutacaq “Bavariya” – “Hamburq” matçı ev sahiblərinin baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olacaq. Apasport.az saytı xəbər verir ki, sabah keçiriləcək qarşılaşma italiyalı çalışdırıcının məşqçilik karyerasında 1000-ci rəsmi oyunu olacaq.

 

Ançelotti bu vaxta qədər baş tutmuş 999 matçda 590 dəfə qələbə qazanıb.

 

Qeyd edək ki, Ançelottinin rəhbərliyi altında “Bavariya” 21 turdan sonra 50 xal toplayıb və Bundesliqada turnir cədvəlində birinci pillədə qərarlaşıb. 

0