[b]Məmmədyarov növbəti sülhlə zirvədə[/b]
24.02.2017 - 21:46
Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan VI turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Dmitri Yakovenko ilə qarşılaşıb.
Qrossmeysterimizin qara fiqurlarla oynadığı partiyada rəqiblər 13-cü gedişdə heç-heçəyə razılaşıblar.
Bu nəticə ilə aktivindəki xalları 4-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.
Belə ki, hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də Maykl Adamsla heç-heçə etdiyindən, üçüncü yerdə qərarlaşmış Nakamura da rusiyalı Qrişukla sülh bağladığından ilk pillədə heç bir dəyişiklik olmayıb.
0
0