[b]Çempionliar Liqasında “Ola bilməz!” dedirdəcək hesablar[/b] [b]- FOTOSESSİYA[/b]
25.02.2017 - 00:15
[b]Çempionliar Liqasında “Ola bilməz!” dedirdəcək hesablar[/b] [b]- FOTOSESSİYA[/b]

UEFA Çempionlar Liqasının 1/16 final mərhələsində “Barselona”nın PSJ-yə məğlub olması futbol aləmində şok effekti yaratdı. Nəticə azarkeşlər və futbol adamları tərəfindən təəcüblə qarşılansa da, bu cür sürpriz nəticələr zaman-zaman müşahidə olunub.

 

Qitənin ən nüfuzlu klub turnirində qeydə alınmış 10 gözlənilməz nəticəni təqdim edirik.

 

10. 20.10.1993. “Mançester Yunayted” – “Qalatasaray” – 3:3

 

Image result for Manchester United - Galatasaray 3:3

 

Avrokuboklarda türk klublarının ilk nailiyyətlrindən biri də bu nəticədir. Tarixi boyunca həmişə güclü olan “Mançester Yunayted” o vaxtlar dünya futbolunun zirvəsindəki komandalardan biri idi.

 

“Old Trafford”da dəqiqələr 13-ü göstərdiyində “manukunianlar” 2:0 öndə idilər. Ancaq “Qalatasaray” möhtəşəm geri dönüşə imza ataraq son saniyələrdə vəziyyəti xeyrinə dəyişə bilmişdi – 3:2.

 

Erik Kantonanın qolu ilə məğlubiyyətdən zorla qaçan “qırmızı şeytanlar” heç-heçəni qurtarsa da, “Qalatasaray”ın geri dönüşü Avropada uzun müddət söhbət mövzusu oldu.

 

 

9. 30.10.1996. “Mançester Yunayted” – “Fənərbaxça” – 0:1

 

Image result for Manchester United - Fenerbahce 0:1

 

“Mançester Yunayted”in irəlidəki illərdə türk komandalarından nələr çəkəcəyi bəlli olmuşdu.

 

“Qırmızı şeytanlar”ın 40 illik Avrokuboklarda doğma meydanda məğlub olmama rekordu bu oyunda qırılmışdı. Elvir Boliçin yaddaşlardan silinməyəcək qolu 3 xalı “sarı bülbüllər”ə qazandırmışdı. Möhtəşəm seriya başa çatarkən “Fənərbaxça” da Avropada haqqında danışılan türk komandası olmuşdu.

 

 

8. 05.11.1997. “Barselona” – “Dinamo Kiyev” – 0:4

 

Related image

 

“Dinamo Kiyev”in dünya futbolunda adından bəhs etdirdiyi dövrlərdə bundan öz payını alan komandalardan biri də “Barselona” olmuşdu.

 

1997/98 mövsümünün qrup mərhələsində öz meydanında ukraynalılara sürpriz bir şəkildə uduzan katalonlar Avrokuboklarda ən ağır məğlubiyyətlərindən birini yaşamışdı.

 

Dünya futbolunda o zamanlardan ad-san salmağa başlayan Andrey Şevçenko “het-trik”ə imza atmış, digər qolun müəllifi isə Sergey Rebrov olmuşdu.

 

 

7. 19.09.2000. “Beşiktaş” – “Barselona” – 3:0

 

Image result for Beşiktas - Barselona - 3:0

 

2000/01 Avrokubok mövsümü “Beşiktaş” üçün çox da parlaq keçməsə də, doğma meydandakı “Barselona” qalibiyyəti bəlkə də bütün mövsümə bərabər idi.

 

Sadə heyəti ilə katalonları “İsmət İnönü” stadionunda basdıran “qara qartallar”ın qollarını Ahmet Dursun (2) və Paskal Numa vurmuşdu.

 

 

6. 07.04.2004. “Deportivo” – “Milan” – 4:0

 

Image result for Deportivo Milan 4:0

 

“Deportivo”nun tarixində ən güclü olduğu dövrlərdə baş tutan bu oyun Çempionlar Liqası tarixinin ən böyük geri dönüşlərindən biridir.

 

2003/04 mövsümü ÇL 1/4 final ilk oyununda “Milan” öz meydanında “Deportivo”ya 4:1 hesabı ilə məğlub etmişdi. O zamankı “Milan”, o da bir tərəfə, bir İtaliya komandası qarşısında bu hesabdan sonra turu keçmək möcüzəyə bərabər idi.

 

Ancaq möcüzə baş vermişdi. Valter Pandiani, Xuan Karlos Valeron və Albert Lukenin qolları ilə artıq ilk hissədə lazımi nəticə əldə edilmişdi. İkinci hissədə Franın vurduğu qol isə tortun üstündəki krem idi.

 

 

5. 27.07.2005. “Artmedia” – “Seltik” – 5:0

 

Image result for Artmedia Celtik 5:0

 

Çempionlar Liqasına qatılmaq üçün mübarizə aparan iki komandanın qarşılaşmasında açıq-aşkar favorit şotlandlar idi. Ancaq inanılmazı bacaran slovaklar “zolaqlılar”ı biabırçı hesabla yolundan kənarlaşdırılmışdı.

 

 

4. 10.03.2009. “Liverpul” – “Real” – 4:0

 

Image result for Liverpool Real 4:0

 

“Liverpul” Premyer Liqada uzun illərdi çempionluğa həsrət qalsa da, bu müddətdə Avroliqada mühüm nailiyyətlər qazanmağı bacarıb.

 

2008/09 mövsümündə “Real”la qarşılaşan mersisaydlılar ilk oyunda Madriddə 1:0 hesabı ilə qalib gəlsə də, cavab oyununda “kral klubu”nu 4:0 hesabı ilə darmadağın etmişdi.

 

 

3. 04.05.2011. “İnter” – “Şalke” – 2:5

 

Related image

 

2010/11 mövsümündə 1/4 finalda qarşılaşmış iki komandanın cavab oyununda baş verənlər azarkeşlərin nəfəslərini kəsmişdi.

 

Turnirin sürpriz komandalarından olan helzinkirhenlilər son çempion qarşısında inanılmaz işlərə imza atmışdılar. İlk oyunda 2:1 hesabı ilə qalib gələn almanlar Milanda 2 qol buraxsa da, əvəzində 5 qol vuraraq dünyayı təəccübləndirə bilmişdi.

 

 

2. 07.11.2012. “Seltik” – “Barselona” – 2:1

 

Related image

 

“Seltik”in “Barselona”ya qalib gəlməsi tarixi bir nailiyyət olsa da, topla oynama faizlərində 89-un 11-ə kimi yüksək bir nəticə ilə öndə olan komandanın uduzmasına heç bir şərh vermək mümkün deyil.

 

Cəmi iki dəfə hücum edən və o hücumlarda da Vanyama və Vattla fərqlənən şotlandlar qrup mərhələsində 3 xal qazanmışdı.

 

 

1. 14.02.2017. PSJ – “Barselona” – 4:0

 

Related image

 

Keçən həftə öz meydanında “Barselona”ya 4:0 qalib gələn fransızlar dünyanı heyrətə sala bilmişdi.

 

Anxel Di Mariyanın 2 qolla ulduzlaşıdığı matçda Kavani və Yulian Draksler hərəyə bir dəfə fərqlənmişdilər.

 

0