[b]“Azərreyl” və “Telekom” gürcülərə gücünü göstərdi - YENİLƏNİB[/b]
25.02.2017 - 21:07
[b]“Azərreyl” və “Telekom” gürcülərə gücünü göstərdi - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatımızda çıxış edən Gürcüstan millisi eyni gündə 2 matça çıxıb.

 

Qonşu ölkə voleybolçuları öncə “Azərreyl” Voleybol Mərkəzində “Azərreyl”lə, ardınca “Gənclik” Olimpiya Kompleksində “Telekom”la üz-üzə gəliblər.

 

9 turdan sonra aktivlərində bir xalları belə olmayan gürcülər liderlərlə hər iki oyunda məğlub olublar.

 

Qonşuların gücü yalnız "Telekom"dan bir set almağa çatıb. 


25 fevral

“Azərreyl” – Gürcüstan - 3:0 (25:8, 25:9, 25:16)

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Azərreyl” – Gürcüstan – 3:0 (25:8; 25:17; 25:8)

II dövrə: Gürcüstan – “Azərreyl” – 0:3 (10-25; 19-25; 10-25)

 

 

“Telekom” – Gürcüstan - 3:1 (23:25, 25:12, 25:19, 25:10)

“Gənclik” Olimpiya Kompleksi

 

I dövrə: “Telekom” – Gürcüstan – 3:0 (25:15; 25:10: 25:9)

II dövrə: Gürcüstan – “Telekom” - 0:3 (14:25, 18:25, 11:25)

 

 

Telekom

13

12

1

36-15

1194-943

32

Azərreyl

12

9

3

33-11

1014-774

29

Azəryol

13

7

6

27-18

1003-873

22

Lokomotiv

11

2

9

7-28

585-829

6

Gürcüstan

11

0

11

2-33

491-868

0

 

 

0