[b]Şəhriyar Məmmədyarov: Yenə sülh, yenə liderlik[/b]
25.02.2017 - 22:33
[b]Şəhriyar Məmmədyarov: Yenə sülh, yenə liderlik[/b]

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan VII turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Yan Nepominyaşi ilə qarşılaşıb.

 

Qrossmeysterimizin ağ fiqurlarla oynadığı partiyada rəqiblər 14-cü gedişdə heç-heçəyə razılaşıblar.

 

Bu nəticə ilə aktivindəki xalları 4.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.

 

Belə ki, hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də Yakovenko ilə heç-heçə etdiyindən ilk pillədə heç bir dəyişiklik olmayıb.

0