[b]Milli üzvü fərqləndi, komandası darmadağın oldu[/b]
26.02.2017 - 18:41
[b]Milli üzvü fərqləndi, komandası darmadağın oldu[/b]

Almaniya II Bundesliqasında XXII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” də növbəti matçına çıxıb.

 

“Bənövşəyilər” doğma meydanda “Drezden”i qəbul ediblər. Görüş qonaqların 4:1 hesablı darmadağını ilə yekunlaşıb.

 

Nazarov start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub. O, 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

60-cı dəqiqədə isə penalti zərbəsi ilə komandasının təsəlli qoluna imza atıb.

 

Qeyd edək ki, 22 oyundan sonra aktivində 18 xal olan “Aue” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. 

0