[b]Türkiyədəki təmsilçilərimizin uğursuz günü[/b]
26.02.2017 - 18:57
[b]Türkiyədəki təmsilçilərimizin uğursuz günü[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XVIII tur çərçivəsində milli komandamızın üzvü Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld.” öz meydanında “Bursa Bşk. Bld.” ilə qarşılaşıb.

 

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yana matçı 3 xalla başa vurub.

 

Kseniya Poznyakın komandası “Beşiktaş” isə “Seramiksan”ı qəbul edib. “Qara qartallar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan matçda Poznyak xal qazana bilməyib.

 

Qeyd edək ki, 18 oyundan sonra aktivində 28 xal olan “Çanakkale Bld.” 6-cı, “Beşiktaş” isə 22 xalla 8-ci pillədə qərarlaşıb. 

0