[b]İlk məğlubiyyət və liderlik əldən getdi[/b]
26.02.2017 - 21:43
[b]İlk məğlubiyyət və liderlik əldən getdi[/b]

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan VIII turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb.

 

Qrossmeysterimiz qara fiqurlarla oynadığı partiyada 60-cı gedişdə məğlubiyyəti dərk edərək matçı saxlayıb.

 

Turnirdəki ilk məğlubiyyətdən sonra 4.5 xalda qalan Şəhriyar liderliyi də əldən verib. 

0