[b]“Qəbələ” Litvadan “bürünc”lə dönür[/b]
27.02.2017 - 00:32
[b]“Qəbələ” Litvadan “bürünc”lə dönür[/b]

14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Ateitis Cup 2017” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, Litvada keçirilən yarışda “Qəbələ”nin U-14 komandası 3-cü yeri tutub.

 

“Qırmızı-qaralar”ın U-14 komandası bürünc medallar uğrunda matçda Minsk "Dinamo"su ilə qarşılaşıb. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Finalda isə “Qəbələ”ni qrupda 4:0 hesabı ilə məğlub edən “Legion” “Torino”nu darmadağın edərək (5:0) qalib olub.

0