[b]Milli üzvü oynadı, komandasından rahat qələbə[/b]
27.02.2017 - 00:49
[b]Milli üzvü oynadı, komandasından rahat qələbə[/b]

İspaniya Sequndasında XXVII tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” də növbəti oyununa çıxıb.

 

“Sarılar” səfərdə “Numansiya” ilə qarşılaşıb. Eddinin 72-ci dəqiqədə meydana çıxdığı oyun 3:0 hesabıyla milli üzvünün komandasının qələbəsiylə nəticələnib.

 

Qeyd edək ki, 27 oyundan sonra hesabında 44 xal olan “Kadis” 22 komanda arasında 3-cü pillədə qərarlaşıb.

0