[b]Polina Rəhimovanın komandası liderliyini qorudu[/b]
27.02.2017 - 09:19
[b]Polina Rəhimovanın komandası liderliyini qorudu[/b]

Qadın voleybolçular arasında Yaponiya çempionatında “altılar finalı”nda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” IV tur çərçivəsində “Hitaçi”nin qonağı olub.   

 

Qarşılaşma “avtomobilçilər”in məğlubiyyəti ilə başa çatıb. Ev sahibləri “Toyota”ya 3:1 hesabı ilə qalib gəlib.

 

Rəhimova oyunda 33 xal toplayıb. O, bu xallardan 28-ni hücumda, 4-nü blokda və 1-ni eyslə qazanıb. 

 

Məğlubiyyətə baxmayaraq, “Toyota” liderliyini qoruyub. Onlar 7 xalla yenə birincidi.

 

0