[b]“Hakimlər stadionu “Real”ın çantası ilə tərk etdilər” – klub prezidenti[/b]
27.02.2017 - 10:00
[b]“Hakimlər stadionu “Real”ın çantası ilə tərk etdilər” – klub prezidenti[/b]

“Vilyarreal”ın prezidenti Fernando Roiq La Liqanın XXIV turunda “Real”la keçirilən matçın hakimlərini tənqid edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, referilərin Madrid klubuna kömək etdiklərini düşünür.

 

Klub rəhbərinin sözlərinə görə, hesab 2:1 olarkən onların qapısına təyin edilən penalti qərarı doğru deyildi: “Baş hakim və köməkçiləri stadionu “Real”ın çantası ilə tərk etdilər. Məncə, bu, doğru hərəkət deyil. Penalti olmasaydı, rəqibin geridönüş edib-etməyəcəyini deyə bilmərəm. Ancaq hamı gördü ki, orda çarpma var idi. Belə vəziyyətdə isə penalti vermirlər”.

 

Qeyd edək ki, “Vilyarreal” oyunun gedişində 2:0 hesabı ilə önə keçsə də, sonda meydanı məğlub tərk edib – 2:3.

0