[b]Noyerlə Vəliyevi ayıran üç addım[/b]
27.02.2017 - 11:14
[b]Noyerlə Vəliyevi ayıran üç addım[/b]

“Bavariya”nın qapıçısı Manuel Noyer klub rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, qolkiper Münhen təmsilçisinin heyətində 100-cü quru oyununu keçirib.

 

“Hamburq”la matçdakı 8:0 hesablı qələbə Noyerin 183-cü qarşılaşmasına təsadüf edib. O, yubiley quru matçını keçirən 3-cü “Bavariya”lı olub.

 

Onadək yalnız Oliver Kanla Zepp Mayer bunu bacarmışdı. Lakin onlar daha çox oyun keçirib və karyeralarını çoxdan bitirib. Rekordun şəriki olan Manuel artıq növbəti matçda mütləq nailiyyətə imza atacaq.

 

Maraq üçün qeyd edək ki, Azərbaycan çempionatlarında 6 qapıçı 100 və daha çox quru oyun keçirib. Lakin onlar bir klubda deyil, ümumilikdə Premyer Liqada buna nail olub.

 

Onlardan yalnız biri – Fərhad Vəliyev karyerasını davam etdirib. “Sumqayıt” 37 yaşlı qolkiperin hesabında qol buraxılmayan 103 matç var. 

0