[b]“Real”la oyunda zədələnən qapıçı mövsümü bitirdi[/b]
27.02.2017 - 11:52
[b]“Real”la oyunda zədələnən qapıçı mövsümü bitirdi[/b]

La Liqanın XXIV turunda “Real”a uduzan “Vilyarreal” bu azmış kimi, əsas qapıçısı Serxio Asenxonun zədələnməsinə üzülüb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin uzun müddətə sıradan çıxdığı müəyyənləşib.

 

Oyunun ilk hissəsində zədələnən və bu səbəbdən 35-ci dəqiqədə əvəzlənən Asenxonun zədəsi ciddidi. Belə ki, futbolçunun çarpaz bağları qırılıb. Həkimlər La Liqanın cari mövsümündə ən az qol buraxan Asenxonun təxminən yarım il yaşıl meydanlardan uzaq qalacağını bildiriblər. Bu isə o deməkdi ki, “Vilyarreal”ın çərçivə qoruyucusu cari mövsümü vaxtından əvvəl bitirib.

 

Qeyd edək ki, “Vilyarrael” “Real”la matçın gedişində 2 top fərqilə önə keçsə də, yekunda 2:3 hesabı ilə məğlub olub.

0