[b]“Onların DÇ-2026-ya ev sahibliyi şansı azdı” – Aleksander Çeferin[/b]
27.02.2017 - 12:40
[b]“Onların DÇ-2026-ya ev sahibliyi şansı azdı” – Aleksander Çeferin[/b]

2026-cı ildə keçiriləcək dünya çempionatının ev sahibliyi ilə bağlı ABŞ-ın müraciəti qəbul edilməyə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

 

O bildirib ki, adıçəkilən ölkədə immiqrasiya siyasəti mundialın təşkilatçılığına mane ola bilər: “Dünya çempionatının təşkili ilə bağlı müraciət edən ölkələri hərtərəfli araşdırırıq. Namizədlərdən olan ABŞ-da məhdudiyyətlər bu ölkənin ev sahibliyi şansını azaldır. Əgər insanlar siyasi qərarlara görə, dünya çempionatına yollana bilmirlərsə, o zaman həmin yerdə belə bir turnir təşkil edilə bilməz”.

 

Qeyd edək ki, bir müddət əvvəl mundialın ev sahibliyi üçün ABŞ-la yanaşı, İngiltərə, Qazaxıstan, Kolumbiya, Avstraliya ilə Yeni Zelandiya, eləcə də Türkiyə və Azərbaycanın birgə müraciət etdiyi bildirilib.

0