[b]Fernando Muslera tarixə düşəcək[/b]
27.02.2017 - 14:16
[b]Fernando Muslera tarixə düşəcək[/b]

“Qalatasaray”ın qapıçısı Fernando Muslera yeni rekord müəyyənləşdirməyə hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, uruqvaylı qolkiper “Beşiktaş”la görüşdə tarixə düşəcək.

 

Belə ki, bu gün Superliqanın XXII turu çərçivəsində baş tutacaq derbidə Muslera 189-cu dəfə “cim-bom”un çərçivəsini qoruyacaq. Bununla o, klub tarixində ən çox oyun keçirmiş əcnəbi futbolçu olacaq. Muslera hazırda bu rekordu “sarı-qırmızılılar”ın əfsanəvi qolkiperi Zoran Simoviçlə bölüşür.

 

Qeyd edək ki, 2011-ci ilin yayında “Latsio”dan “Qalatasaray”a transfer edilən Fernando Muslera 3 dəfə Superliqanın, 3 dəfə Türkiyə Kubokunun və 4 dəfə ölkə Superkubokunun qalibi olub.

0