[b]AFFA yeni layihə ilə bağlı görüş keçirdi[/b] - FOTOSESSİYA
27.02.2017 - 15:39
[b]AFFA yeni layihə ilə bağlı görüş keçirdi[/b] - FOTOSESSİYA

AFFA-nın yeni proritetlərinin müəyyənləşdirildiyi, UEFA ilə birgə hazırlanmış “Grow-2020” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Apasport.az saytının məlumatına görə, bunlardan biri də Azərbaycan milli komandasına namizəd olan istedadlı futbolçuların çıxış etdikləri klublarda yüksək səviyyədə fərdi hazırlığını təmin etməkdir. Bu proses Azərbaycan milli yığma komandalarında fəaliyyət göstərən məşqçilərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

 

Layihə ilə bağlı məlumat vermək, qarşıda duran məqsəd və vəzifələr barədə ətraflı fikir mübadiləsi aparamaq məqsədilə bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippert müxtəlif yaş qruplarından ibarət yığmalarda çalışan məşqçilərlə görüş keçirib.

 

Qeyd edək ki, “Grow-2020” layihəsi ötən ilin sentyabr ayından tətbiq olunmağa başlayıb və bununla bağlı ictimaiyyətə geniş təqdimat AFFA-nın martın 16-da keçiriləcək növbəti Konfransında olacaq.

 

Mənbə: affa.az

0