[b]Aquero İspaniya nəhəngini arzulayır[/b]
27.02.2017 - 16:00
[b]Aquero İspaniya nəhəngini arzulayır[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero mövsümün sonunda klubunu dəyişmək fikrindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard “şəhərlilər”in heyətində artıq özünü rahat hiss etmir.

 

Buna səbəb ulduz futbolçunun baş məşqçi Pep Qvardiola ilə münasibətlərinin ürəkaçan olmamasıdı. Qabriel Jezus zədəli olduğundan, Aquero əsas heyətdə yer alsa da, o, yaydan sonra burda qalmaq istəmir. 29 yaşlı futbolçu yenidən İspaniyaya qayıtmaq, konkret olaraq, “Real”ın formasını geyinmək arzusundadı. Madrid klubu da bu keçid müqabilində ingilislərə 70 milyon avro təklif edib.

 

Qeyd edək ki, bu mövsüm 29 oyunda 20 qola imza atan Serxio Aquero 2011-ci ildə “Mançester Siti”yə Madrid “Atletiko”sundan keçib.

0