[b]“Hamı burda çətinliklə üzləşir” – Elxan Abdullayev[/b]
27.02.2017 - 17:50
[b]“Hamı burda çətinliklə üzləşir” – Elxan Abdullayev[/b]

“Oyunun belə ağır keçəcəyini gözləyirdik. “AZAL Arena”nın meydançasında oynamağın çətin olacağını da bilirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda AZAL-ın qonağı olan “Neftçi” Daniel Seqovianın 4-cü dəqiqədə vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Abdullayev vacib qələbə əldə etdiklərini söyləyib: “Bütün komandalar AZAL-a qarşı səfərdə çətinliklə üzləşirlər. Ancaq biz bura 3 xal dalınca gəlmişdik və buna da nail olduq”.

0