[b]“Sonda toplanan xallar nəzərə alınacaq” - Daniel Seqovia[/b]
27.02.2017 - 20:25
[b]“Sonda toplanan xallar nəzərə alınacaq” - Daniel Seqovia[/b]

AZAL-la oyunda “Neftçi”nin yeganə qolunun müəllifi olan Daniel Seqovia matç başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında fikirlərinizi bildirin...

- Oyundan əvvəl asan olmayacağını bilirdik. Çünki rəqib son pillədə getdiyi üçün itirəcək heç nəyi yoxdu. Biz isə bu oyunda məğlub olsaydıq, hədəfə gedən yolda çox şey itirəcəkdik. Sevinirəm ki, rəqib qapısına tez yol tapa bildik, bu qolla da qələbə qazandıq. Qoldan sonra oyunumuzu geridən qursaq da, yekunda istədyimizi aldıq.

 

- Ancaq razılaşaq ki, “Neftçi” bərbad oynadı...

- Düzdü, “Neftçi” həmişəki oynunu göstərə bilmədi. Çünki rəqib buna imkan vermədi. Buna baxmayaraq, çempionatın sonunda yaxşı, yaxud pis oyun yox, toplanılan xallar hesaba alınır. Bu gün rəqib meydanında qazandığımız 3 xala sevinməliyik.

 

- Ot örtüyü ilə bağlı nə deyə bilərsiz? Yəqin ki, ilk dəfə belə stadionda oynayırsız...

- Eşitmişdim ki, bu arenada qazon yaxşı vəziyyətdə deyil. Bu səbəbdən də öz oynumuzu göstərə bilmədik. Bundan öncə elə oyun olub ki, yaxşı oynayıb xal itirmişik, bu dəfə də yaxşı oynamayıb qələbə qazandıq.

 

- Öz çıxışından necə, razı qaldınmı?

- Mən “Neftçi”nin futbolçusuyam. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə, komandama kömək etməyə çalışıram. İstərdim ki, hər oyunda qələbə qazanaq. Bu gün buna nail olmuşuqsa, sevinməliyəm.

0