[b]AZAL “Neftçi” və “Kəpəz”i geridə qoydu – Antirekord![/b]
28.02.2017 - 00:41
[b]AZAL “Neftçi” və “Kəpəz”i geridə qoydu – Antirekord![/b]

Azərbaycan Premyer Liqasının XX turunda AZAL “Neftçi”yə uduzaraq antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, bu, Tərlan Əhmədovun yetirmələrinin ardıcıl 6-cı dəfə məğlubiyyət üzüntüsü yaşayıblar.

 

Qış fasiləsindən sonra heç bir oyunda xal qazana bilməyən “təyyarəçilər” sonuncu dəfə ötən il dekabrın 17-də səfərdə “Neftçi”ni məğlub etmişdilər – 1:0. Ondan sonra “Zirə”yə (1:2), “Qarabağ”a (1:2), “Qəbələ”yə (0:2), “İnter”ə (0:1) və “Sumqayıt”a (0:1) yenilən şüvəlanlılar rekorda sahib çıxıblar.

 

Maraqlıdı ki, autsayder “Kəpəz” və “Neftçi”nin nəticəsini daha da pisləşdirib. AZAL-a qədər “ağ-qaralar” (II – VII tur arası), gəncəlilər isə XIII – XVIII turlarda ardıcıl 5 matç xal üzünə həsrət qalmışdılar.

0