[b]“Neftçi”də yeni rekord[/b]
28.02.2017 - 09:18
[b]“Neftçi”də yeni rekord[/b]

AZAL-la Azərbaycan Premyer Liqasının XX turunun oyunu “Neftçi” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaraıar” mövsümdə özünün ən erkən qolunu vurub.

 

Daniel Seqoviyanın 4-cü dəqiqədə fərqlənməsi ispaniyalını klubun rekordçusuna çevirib. Bunadək “Neftçi”nin mövsümdəki ən erkən qolu VI tura təsadüf etmişdi.

 

“Sumqayıt”la görüşdə hesabı açan Cavid İmamverdiyev 6-cı dəqiqədə qol sevinci yaşamışdı. Seqoviya komanda yoldaşını 2 dəqiqə qabaqlayıb.

0