SİZİN REKLAM BURADA

İdmançılarımız Vinnitsadan 1 qızıl, 2 bürünclə qayıdır

Ukraynanın Vinnitsa şəhərində akrobatika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız yarışı 3 medalla başa vurublar.

 

Belə ki, 13-19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümüz çoxnövçülükdə 82.160 xal qazanaraq çempion adına layiq görülüblər. Eyni yaş kateqoriyasında mübarizə aparan digər qarışıq cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı isə  (81.400 xal) bürünc medal qazanıb.

 

Beynəlxalq arenada debüt edən qadın qrupu (12-18 yaş) Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da yarışları medalsız tərk etməyiblər. Onlar çoxnövçülükdə hakimlərdən 79.960 xal alaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10