[b]Çinlilər “Arsenal”ın əfsanəsinə göz dikib[/b]
28.02.2017 - 10:01
[b]Çinlilər “Arsenal”ın əfsanəsinə göz dikib[/b]

“Arsenal”ın baş məşqçisi Arsen Venger karyerasını başqa ölkədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis çinlilərin maraq dairəsinə düşüb.

 

Çin klublarından biri 67 yaşlı çalışdırıcıya fantastik təklif göndərib. Belə ki, onlar Vengerə ilinə 30 milyon funt-sterlinq verməyə razıdılar. Həmçinin “Arsenal” rəhbərliyi də əfsanəvi çalışdırıcısının qalmasını arzulayır. “Topçular” fransalıya ilinə 10 milyon funt-sterlinq olmaqla 2 illik yeni saziş təklif ediblər. Venger isə hələlik yekun qərarını açıqlamayıb.

 

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır.

0