[b]3 illik həsrətə son və ya Müşahidə Şurası üçün ilk[/b]
28.02.2017 - 10:10
[b]3 illik həsrətə son və ya Müşahidə Şurası üçün ilk[/b]

“Neftçi” ardıcıl 3-cü Premyer Liqa oyununda qapısını toxunulmaz saxlayıb. Apasport.az saytının məlumatına görə, XX turun AZAL-la dünənki matçında 1:0 hesabı ilə qalib gələn “ağ-qaralar” qapısını yenə toxunulmaz saxlayıb.

 

Elxan Abdullayevin yetirmələri fevralın 13-də “Sumqayıt”ı eyni hesabla udub, 5 gün sonra “Kəpəz”lə qolsuz sülh bağlamışdı. Ardıcıl üç quru matç keçirən Maksim Vaylo “Neftçi”nin uzun müddət həsrət qaldığı seriyanı rəsmiləşdirib.

 

Belə ki, bakılıların sonuncu dəfə 3 və ya daha artıq quru oyun keçirməsi 2013/14 mövsümünə təsadüf etmişdi. 2014-cü ilin martında “Rəvan” və “Xəzər Lənkəran”, apreldə “Bakı” ilə görüşən “Neftçi” hər üç görüşdə 1:0 hesablı qələbə qazanmışdı. Bu seriya təxminən 3 il sonra təkrarlanıb.

 

2015-ci ilin martında klubun idarəçiliyini ələ alan Müşahidə Şurası isə 2 illik fəaliyyəti dövründə ilk dəfə belə uzun quru seriyaya sevinib. Hərçənd bu müddətdə bakılılar 65 çempionat oyununa çıxıb.

 

0