[b]AVRO-2020-nin İşçi Qrupunun ilk iclası keçiriləcək[/b]
28.02.2017 - 11:44
[b]AVRO-2020-nin İşçi Qrupunun ilk iclası keçiriləcək[/b]

Bu gün AVRO-2020 turnirinə hazırlıqla bağlı İşçi Qrupun ilk iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir Fransanın paytaxtı Parisdə baş tutacaq.

 

Mərasimdə yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakı da təmsil olunacaq. AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, “Bakı AVRO 2020”nin layihə koordinatoru Könül Mehtiyeva tədbirdə iştirak edəcək.

 

Mənbə: affa.az

0