[b]Mourinyo keçmiş yetirməsini istəyir[/b]
28.02.2017 - 12:25
[b]Mourinyo keçmiş yetirməsini istəyir[/b]

“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas yayda klubunu dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu iki Avropa nəhənginin maraq dairəsindədi.

 

“Milan”dan sonra indi də “Mançester Yunayted” 29 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq niyyətinə düşüb. “Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo “Çelsi”də rəhbərliyi altında oynayan Fabreqasla yenidən bir komandada çalışmaq istəyir. Fabreqas özü də müntəzəm oynamadığı üçün “Çelsi”ni tərk etməyin əleyhinə deyil.

 

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 17 oyun keçirən Sesk Fabreqasın “zadəganlar”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

0