[b]Olena Həsənova ən yaxşı olsa da... - STATİSTİKA[/b]
28.02.2017 - 18:47
[b]Olena Həsənova ən yaxşı olsa da... - STATİSTİKA[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Telekom” (Azərbaycan) - “Konegliano” (İtaliya) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 0:3 hesabı ilə uduzduğu görüşün ən dəyərli oyunçusu Serena Ortolani seçilib.

 

İtaliyalı voleybolçu 16 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (13 xal) və topu oyuna daxil etmə (3 xal) nominasiyasında da hamıdan güclü olub.

 

Ən yaxşı top qəbul edən “Telekom”dandı. Siyahıda Yovana Vesoviç hamını qabaqlayıb. Onun komanda yoldaşı Olena Həsənova isə yenə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 4 dəfə rəqib hücumunun qarşısını alıb.

 

Zoran Qayiçin yetirmələrinin tam statistikasına gəlincə, Həsənova 10, Yelizaveta Səmədova 6, Vesoviç 5, Marqarita Əzizova 4, Sladyana Mirkoviç 2, Kseniya İvanoviç və Aleksandra Petroviç hərəyə 1 xal toplayıb.

 

Qeyd edək ki, bu matç “Telekom”un mövsümdə son oyunu olub. Qrupda axırıncı olan Bakı təmsilçisi xal almadan avrokubokla vidalaşıb. 

0