[b]Millimizin üzvü ən yaxşı oldu[/b]
01.03.2017 - 00:19
[b]Millimizin üzvü ən yaxşı oldu[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Dabrova Qornitsa” – “Azərreyl” matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşün ən dəyərli oyunçusu Katerina Jidkova seçilib.

 

Yığmamızın da şərəfini qoruyan voleybolçu 26 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu nominasiyasında da hamıdan güclü olub – 21 xal.

 

Ən yaxşı top qəbul edən oyunçu isə “Dabrova Qornitsa”nın üzvü olub. Daria Pajek hər kəsi qabaqlayıb.

 

Rəqibin daha bir üzvü Aleksandra Sikorska isə ən yaxşı blokçu olub – 6 blok.

 

Famil Ağayevin digər yetirmələrinin statistikasına gəlincə, Ayşən Əbdüləzimova – 12, Edina Dobi və Anastasia Qurbanova – 11, Tatyana Bokan – 9, Danica Radenkoviç – 7, Malika Kanzonq – 5, Ceyran Əliyeva və Yuliya Bettendorf isə hərəyə 1 xal toplayıblar.

 

0