[b]Teymur Rəcəbov geriləməkdə davam edir[/b]
01.03.2017 - 00:55
[b]Teymur Rəcəbov geriləməkdə davam edir[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Apasport.az saytının məlumatına görə, mart ayı üçün sürətli şahmatçıların “100-lüy”ündə 5 təmsilçimiz yer alıb.

 

Siyahıda Şəhriyar Məmmədyarov (2825) 3-cü, Teymur Rəcəbov 23-cü (2742), Qədir Hüseynov (2714) 37-ci, Rauf Məmmədov (2712) 40-cı, Eltac Səfərli isə (2686) 64-cüdür. Cədvələ 2896 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

 

Blits növündə isə reytinq siyahısında 5 təmsilçimiz yer alıb. Azərbaycanlı qrossmeysterlər arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarovdadı. O, 2772 xalla 17-cidir. Rauf Məmmədov isə 2765 xalla 21-ci pillədədir. 2755 reytinq xalına malik Teymur Rəcəbov 26-cı sırada olduğu halda, Hüseynov Qədir (2694) 49, Eltac Səfərli isə (2673) 65-ci pillədə qərarlaşıb.

 

0