[b]IV İslam Həmrəyliyi Oyunlarının geyim formaları təqdim edilib[/b]
02.03.2017 - 12:26
[b]IV İslam Həmrəyliyi Oyunlarının geyim formaları təqdim edilib[/b]

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən bu gün IV İslam Həmrəyliyi oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib. Apasport.az saytının məlumatına görə, geyimlərin dizaynı yarışın Əməliyyat Komitəsinin Brend şöbəsi tərəfindən hazırlanıb.

 

Fərqli görünüşlərə malik formalar rəsmi, texniki və podratçılar olmaqla, müxtəlif işçi qrupları üçün nəzərdə tutulub. Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı-2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.

 

Brendin əsas naxış elementi olan xalça, simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək, ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.

İslamı özündə təcəssüm etdirən, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünə məxsus ahəngdarlığı ilə yer alıb.

 

İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildi.

 

Bakı-2017-nin könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdi.

 

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov formaların təqdimatında bildirib ki, artıq istehsala start verilib: “Formalar hər bir oyunların önəmli atributu sayılır. Burada bizim üçün əsas şərtlərdən biri bu geyimlər vasitəsilə oyunların ab-havasını ictimaiyyətə çatdırmaqdı. Bu formaları öz üzərində daşıyacaq hər kəs Oyunların bir hissəsi olmaqla bərabər, eyni zamanda, IV İslam Həmrəyliyi oyunlarının sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırmış olacaq”.

0