SİZİN REKLAM BURADA

Azərbaycan millisi heyətini açıqladı, olimpiya çempionları Bakıya toplaşır

Martın 16-19-da Bakıda kişi və qadın idman gimnastları arasında Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə 23 ölkənin idmançısı iştirak edəcək.

 

Milli Gimnastika Arenasında 90 kişi və 46 qadın nəyə qadir olduğunu nümayiş etdirəcək.

 

Belə ki, Dünya Kubokunun ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

 

Azərbaycanı kişi gimnastların yarışlarda Avropa Oyunlarının 5 qat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko, həmçinin Murad Ağarzayev, Timur Bayramov və Bense Talas, qadın idman idmançıların turnirində isə Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər. 

 

Məşhur kişi idmançıları arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) yer alacaq. Qadın gimnastlar mübarizəsində isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və 4 illiyin ən möhtəşəm yarışının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) qüvvəsini sınayacaq.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220