Aleksandr Lebzyak: “Azərbaycan milli komandası əsas rəqiblərimizdən biridir”
02.04.2008 - 16:25
Aleksandr Lebzyak: “Azərbaycan milli komandası əsas rəqiblərimizdən biridir”
Bakı. Kənan Həsənov-APA-Sport. “Biz Pekin Olimpiadasına qələbə üçün yollanacağıq. Bu nüfuzlu yarışa inamsız və ümidsiz qatılmaq olmaz”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın boks üzrə milli komandasının baş məşqçisi Aleksandr Lebzyak deyib. O, Azərbaycan yığmasının Pekin Yay Olimpiya Oyunlarında qarşılaşacaqları əsas rəqiblərdən biri kimi qeyd edib: “Təxminən alt-yeddi komanda əsas rəqibimiz olacaq. Bunlar Kuba, Qazaxıstan, Özbəkistan, Azərbaycan, ABŞ, Ukrayna və İngiltərə yığmalarıdır. Digər komandalardan da sürpriz gözləməyə dəyər. Çünki olimpiadanın istənilən medalı boksçu üçün ən dəyərlidir”.
0