[b]Azərbaycan çempionatında əsas hissə başa çatdı: 4-ü davam, 2-si tamam[/b]
03.03.2017 - 18:33
[b]Azərbaycan çempionatında əsas hissə başa çatdı: 4-ü davam, 2-si tamam[/b]

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, XV turun mərkəzi matçında “Neftçi” “Lokomotiv”lə üz-üzə gəlib.

 

Qarşılaşmanın qalibi əvvəlki matçlarda olduğu kimi tay-brekdə müəyyənləşib. “Dəmiryolçular” rəqiblərini 3:2 hesabı ilə məğlub ediblər.

 

Günün digər oyununda “Naxçıvan” MOİK-lə münasibətinə aydınlıq gətirib. Birincilər ilk 2 seti qazansalar da, ardını gətirə bilməyiblər. Təcrübə öz sözünü deyib və MOİK qələbə qazanıb.

 

Beləliklə, çempionatın əsas hissəsi “Neftçi”nin liderliyi ilə başa çatıb. Onlar ən yaxın izləyiciləri "Lokomotiv"i 1 xal qabaqlayıblar. Bu komandalarla yanaşı, MOİK və “Naxçıvan” da mübarizəni pley-offda davam etdirəcək.

 

Qeyd edək ki, iki dövrədən ibarət olacaq pley-off mərhələsinin ilk dövrəsi martın 15-17-də, son oyunları isə həmin ayın 28-30-da olacaq. 

 

3 mart

XV tur

“Naxçıvan” - MOİK – 2:3 (26:24, 25:22, 23:25, 24:26, 13:15)

“Neftçi” – “Lokomotiv” – 2:3 (23:25, 25:19, 19:25, 25:20, 11:15)

“Sumqayıt” – “Nəqliyyatçı” - 0:3 (0:25, 0:25, 0:25)

 

 

 

 

O

Q

M

S

X

1

“Neftçi”

15

13

2

43-8

41

2

“Lokomotiv”

15

14

1

43-8

40

3

MOİK

15

7

8

22-31

24

4

“Naxçıvan”

15

6

9

26-31

19

5

“Nəqliyyatçı”

15

4

11

17-33

14

6

“Sumqayıt”

15

0

15

0-45

0

 

 

 

0