[b]“Bakıda qazanılan qələbənin yeri xüsusidi” – Olqa Palçevskaya[/b]
06.03.2017 - 14:42
[b]“Bakıda qazanılan qələbənin yeri xüsusidi” – Olqa Palçevskaya[/b]

“Azərbaycan və Polşada iki, Rusiyada bir mövsüm keçirmişəm. Bu çempionatlardan hərəsi özlüyündə maraqlıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus milli komandasının voleybolçusu Olqa Palçevskaya deyib.

 

2011-13-cü illərdə Bakı “Lokomotiv”inin şərəfini qoruyan toppaylayıcı vətənində verdiyi müsahibədə karyerasını vərəqləyib.

 

O bildirib ki, ən böyük uğurunu artıq fəaliyyətini dayandıran paytaxt təmsilçisi ilə qazanıb: “Azərbaycana gedişim menecer Roman Nozikin sayəsində gerçəkləşdi. O, zəng vurub “Lokomotiv”də işlədiyini və mənim də ora keçmək variantımın olduğunu dedi. Həmin vaxt yığmadakı köhnə rəfiqəm Vera Klimoviç də orada çıxış edirdi. Bu üzdən də asanlıqla razılıq verdim və orada iki maraqlı, yaddaqalan mövsüm keçirdim. Karyeram ərzində yetərincə uğurlarım olub. Amma “Çelenc cup”da qazanılan qələbənin yeri xüsusidi. Bu, Bakı “Lokomotiv”ində oynadığım 2011/12 mövsümünə təsadüf etdi. Biz paytaxtda keçirilən və 5 setdən ibarət iki gərgin qarşılaşmada digər Azərbaycan klubu “Bakı”ya qalib gəlib, kuboka yiyələndik”.

 

Qeyd edək ki, Olqa 2011/12 mövsümündə “Lokomotiv”in heyətində Azərbaycan Super Liqasının gümüş mükafatını da qazanıb.

 

0