Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında “Azərreyl” “Lokomotiv”i sınağa çəkib.
III dövrənin ilk turundan təxirə salınan matçda Famil Ağayevin yetirmələri qələbə qazanıblar. İlk seti 17 top irəlidə bitirən komanda ardınca rəqibini 25:16 hesabı ilə məğlub edib. Üçüncü set isə gərgin keçib və yekunda “Lokomotiv” üstün tərəf olaraq, fərqi azaldıb. Lakin “dəmiryolçular”ın bundan artığına gücü çatmayıb. Dördüncü setdə asan qələbə qazanan “Azərreyl” matçdan qalib ayrılıb.
Bu qələbə onları turnir cədvəlində liderliyə yüksəldib. “Azərreyl” “Telekom”la eyni xala sahib olsa da, set fərqində əsas rəqibini qabaqlayır.
Super Liqa
7 mart
“Azərreyl” – “Lokomotiv” - 3:1 (25:8; 25:16; 25:27; 25:14)
“Azərreyl” Voleybol Bazası
I dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:14, 25:10, 25:8)
II dövrə: “Lokomotiv” – “Azərreyl” - 0:3 (10:25, 24:26, 15:25)
Komanda |
O |
Q |
M |
S/F |
T/F |
X |
Azərreyl |
13 |
10 |
3 |
36-12 |
1114-839 |
32 |
Telekom |
13 |
12 |
1 |
36-15 |
1194-943 |
32 |
Azəryol |
13 |
7 |
6 |
27-18 |
1003-873 |
22 |
Lokomotiv |
13 |
3 |
10 |
11-32 |
745-995 |
9 |
Gürcüstan |
12 |
0 |
12 |
3-36 |
557-963 |
0 |