İnessa Qorxmaz “Türk Telekom”la görüşə buraxılmayıb
03.04.2008 - 10:57
İnessa Qorxmaz “Türk Telekom”la görüşə buraxılmayıb
Bakı. Kənan Həsənov-APA-Sport. Türkiyə voleybol Superliqasında növbəti turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu doğma meydanda “Türk Telekom”la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş meydan sahiblərinin 3:0 (25:21, 25:20, 26:24) hesablı qələbəsi ilə başa çatıb. Son qarşılaşmalarda əsas heyətdə mübarizə aparan İ.Qorxmaz bu dəfə oynamayıb. Keçirdiyi 19 oyunda 17 qələbə qazanan “Əczaçıbaşı Zentiva” 51 xalla liderliyini möhkəmləndirib. Milli komandamızın üzvləri Oksana Quliyeva ilə Valeriya Korotenkonun çıxış etdiyi, 45 xalla üçüncü pillədə qərarlaşan “Fənərbaxça Acibadem” isə bu gün səfərdə “Vakıfbank Günəş Sığorta” klubu ilə qarşılaşacaq.
0