[b]ÇL: Azərbaycanlı hakimlər pley-off mərhələsinə təyinat aldılar[/b]
09.03.2017 - 09:56
[b]ÇL: Azərbaycanlı hakimlər pley-off mərhələsinə təyinat aldılar[/b]

Kişi voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk matçlarını idarə edəcək hakimlərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası 1/6 finalı idarə etmək üçün 2 azərbaycanlı referiyə də təyinat göndərib.

 

Belə ki, martın 16-da “Arkas” (Türkiyə) – “Dinamo” (Rusiya, Moskva) oyunda əsas hakim Eldar Əliyev olacaq. İzmirdə keçiriləcək görüşdə ona Sinişa Ovuka (Bosniya və Herseqovina) edəcək.

 

Martın 15-də Belqradda təşkil olunacaq “Beloqorye” (Serbiya) – “Zaksa” (Polşa) matçında isə Eldar Zülfüqarov iş başında olacaq. Həmyerlimiz ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüşdə əsas referilik türkiyəli Ərdal Əkinçiyə tapşırılıb. 

0