[b]Aişə Qurbanlı: Valideynlər qorxurlar ki...[/b]
09.03.2017 - 10:05
[b]Aişə Qurbanlı: Valideynlər qorxurlar ki...[/b]

“İdman idmandı. Qadını, kişisi olmaz”. Apasport.az saytının məlumatına görə, bunu cüdo üzrə Azərbaycan millisinin üzvü Aişə Qurbanlı deyib.

 

48 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın lideri Bakı İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına danışıb.

 

O bildirib ki, idmanla məşğul olmaq hər bir xanım üçün faydalıdı: “Cüdo mənim üçün əzmkarlıq, güc, xarakterdi. Valideynlər qorxurlar ki, qızlarını cüdoya yazdırsalar, boyları balaca qalır. Nə bilim, əli sınır, qulağı sınır. Heç də belə deyil. İdman bütün qadınlara lazımdı. Tək cüdonu nəzərdə tutmuram. Kişilərlə bərabər dünya arenalarında Azərbaycanı təmsil edən güclü qadın idmançılarımız da var. Cüdo iradə, xarakter tələb edir. Məncə, qadınlarımız da yaxşı iradə, xarakter göstərirlər, güləşirlər. Hər kəsi idmana dəvət edirəm”.

 

0