[b]“Azərreyl” əzmkar qələbə ilə çempionluğa yaxınlaşdı - YENİLƏNİB[/b]
10.03.2017 - 19:33
[b]“Azərreyl” əzmkar qələbə ilə çempionluğa yaxınlaşdı - YENİLƏNİB[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçında “Telekom”la “Azərreyl” üz-üzə gəlib.

 

“Gənclik” Olimpiya Kompleksində baş tutan matç böyük ölçüdə çempionun adına aydınlıq gətirib. Son qızıl medalçı “Azərreyl” qalib gələrək, titulunu qorumaq yolunda daha bir inamlı addım atıb.

 

“Dəmiryolçular” ilk setdə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. “Telekom” ikinci seti asanlıqla qazanıb. Ancaq gərgin keçən 3-cü setdə vitse-çempion yenilgi ilə üzləşib. Bundan ruhlanan “Azərreyl” 4-cü setdə də qələbə əldə edib və hər şeyi tay-brekə aparıb.

 

Çıxışını artan qrafiklə davam etdirən Famil Ağayevin komandası 5-ci, həlledici seti də qalibiyyətlə başa vuraraq əzmkar qələbə hesabına rəqibini qabaqlayıb.

 

Qeyd edək ki, iki komanda arasındakı ilk 3 oyunda "Telekom" qalib gəlmişdi.

 

Artıq bürünc medalı təmin edən “Azəryol” isə “Lokomotiv”lə üz-üzə gəlib. Eldar Yusubovun komandası gözlənildiyi kimi, asan qələbə qazanıb.

 


10 mart

“Telekom” – “Azərreyl” - 2:3 (25:22; 25:16, 23:25, 22:25, 16:18)

“Gənclik” Olimpiya Kompleksi

 

I dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (26:24, 26:24, 20:25, 14:25, 13:15)

II dövrə: “Telekom” - “Azərreyl” - 3:2 (25:19, 15:25, 23:25, 25:23, 16:14)

III dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (20:25, 25:22, 25:22, 12:25, 9:15)

 

 

“Azəryol” – “Lokomotiv” - 3:0 (25:13; 27:25; 26:24)

“Azərreyl” Voleybol Bazası

 

I dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (16:25, 11:25, 15:25)

II dövrə: “Azəryol” - “Lokomotiv” - 3:0 (25:8; 25:9, 25:11)

III dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (19:25; 16:25; 16:25)

 

 

Komanda

O

Q

M

S/F

T/F

X

Azərreyl

14

11

3

39-14

1220-950

34

Telekom

14

12

2

38-18

1305-1049

33

Azəryol

14

8

6

30-18

1081-935

25

Lokomotiv

14

3

11

11-35

807-1073

9

Gürcüstan

12

0

12

3-36

557-963

0

 

0