“Mövsümün ən böyük döyüşü olacaq”

“Azərreyl”in voleybolçusu Yekaterina Jidkovanın apasport.az saytına müsabibəsi
- Bu gün Super Liqada “Telekom”la qarşılaşacaqsız. Matçı çempionluq oyunu hesab etmək olarmı?
- Şübhəsiz ki, bu qarşılaşma “Azərreyl”in ardıcıl ikinci dəfə çempion olacağı, yoxsa titulu “Telekom”a verəcəyinə aydınlıq gətirəcək. Bu üzdən də görüş bizim kluba bağlı hər kəs üçün həlledici və çox vacibdi. Meydana çıxacaq qızlara gəlincə, bu, bizim üçün mövsümdə ən böyük və ən həlledici döyüş olacaq.
- Amma nəzərə alaq ki, “Telekom”a ilk 3 oyunda uduzmusuz. Rəqib sizdən nədə güclüdü və bu dəfə qələbə üçün nə lazımdı?
- Bütün məğlubiyyətlərimiz konsentrasiyanın yetərli olmaması ilə bağlıdı. Əgər xatırlayırsızsa, ilk oyunda hesabda öndə olsaq da, arxayınlaşdıq və rəqib 3:2 hesabı ilə qələbə qazandı. Digər 2 matçda uduzmağımıza isə Çempionlar Liqasında iştirakımızın da təsiri oldu. Biz orda 6 ən yaxşı sırasına düşmək üçün real şansa malik idik. İndi isə biz tam sakit, sərbəst və tamamilə bu oyuna, qələbəyə konsentrasiya olmuşuq. Şəxsən mənim üçün bu, Azərbaycan çempionu olmağa real şansdı. Komandamızda hər bir voleybolçu kimi mən də meydana çıxıb titulu qorumaq və klubun real imkanlarını ortaya qoymaq üçün əlimdən gələni edəcəm.
- Çempionlar Liqasında “altılığ”a düşə bilməməkdən danışdız. Burda həm komandanızın, həm də özünüzün oyun barədə fikirləriniz maraqlıdı.
- Təəssüf ki, pley-offun bir addımlığında dayandıq. Bu, pis məqamdı. Lakin qarşımıza qoyulan vəzifənin öhdəsindən gəlib, qrupda yalnız “Fənərbaxça”dan geri qalmaqla, ikinci olduq. Bu isə müsbət məqamdı.
- Bəs Türkiyə klubunu məğlub etməyə nə çatmadı? Fikirləşmirsiz ki, “Fənərbaxça” son illər Bakı klubları üçün kabusa çevrilib?
- Türkiyə nəhənginə yəqin ki, ən azı ev oyununda qalib gələ bilərdik. Amma bu idmandı. Oyun zamanı onlar bizdən güclü və mənəvi cəhətdən hazırlıqlı oldular.
- Şəxsi çıxışınıza toxunmadız...
- Çempionlar Liqasında əsas heyət oyunçusu kimi ilk mövsümüm idi. Hesab edirəm ki, debütüm alındı. Ən yaxşı oyunçular sırasında 10-cu yer, həmçinin hücum və topu oyuna daxil etmədə pis olmayan nəticələr. Yəqin ki, rəqəmlər artıq nəsə deyir. Amma şübhəsiz ki, bu mövsüm qarşımızda bir çox suallar yaradıb və növbəti il üçün yeni vəzifələr qoyur. Həm də hələ indiki mövsüm də başa çatmayıb. Qarşıda bizim böyük oyunumuz var.
- Klubla yanaşı, yığmamızın da hücum xəttində yer alırsız. Millimizi gözləyən sınaqlar haqda nə deyə bilərsiz?
- Bizi yığma ilə gözəl, amma ağır mövsüm gözləyir. Komandamız 3 böyük turnirdə – İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə, Avropa çempionatının final mərhələsində çıxış edəcək. Onların hər birində qarşımıza böyük vəzifələr qoyulub. Mən də ümid edirəm ki, yığma və ölkə qarşısında gözlənilən vəzifənin öhdəsindən gələ biləcəyəm.
-
01:51 | 26 Aprel 2018Şəmkirdə Azərbaycan derbisi - YENİLƏNİR
-
01:43 | 26 Aprel 2018Ronaldo hamıdan öndə
-
01:12 | 26 Aprel 2018“Barselona”nın rekordu təkrarlandı
-
00:50 | 26 Aprel 2018Münhendə 3 qol - VİDEO
-
00:38 | 26 Aprel 2018“Real”dan əzmkar qələbə - YENİLƏNİB
-
00:00 | 26 Aprel 2018“Arsenal” “Atletiko”ya, “Marsel” “Zalsburq”a qarşı - YENİLƏNİR
-
23:32 | 25 Aprel 2018Fransa çempionatında qolsuz sülh
-
23:04 | 25 Aprel 2018Millimizin oynadığı turnirin qalibi bəlli oldu
-
22:08 | 25 Aprel 2018Cüdoçularımız ilk rəqiblərini tanıdı
-
21:36 | 25 Aprel 2018Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi
-
21:05 | 25 Aprel 2018“Rəqib çox ehtiyatlı oynayırdı” – Şəhriyar Məmmədyarov
-
21:00 | 25 Aprel 2018“Son turlarda qələbə barədə düşünürdüm” – Sergey Karyakin
-
20:38 | 25 Aprel 2018“Neftçi” və “Yasamal” kubokda mübarizəni dayandırdı - YENİLƏNİB
-
20:10 | 25 Aprel 2018“Hər iki tərəf riskdən çəkindi” – Maqnus Karlsen
-
19:49 | 25 Aprel 2018Şahmatçılarımız hərəyə yarım xal qazandı - YENİLƏNİB
-
19:43 | 25 Aprel 2018“Aradan qaldırılması vacib çox nöqsanlar var” – millimizin baş məşqçisi
-
19:37 | 25 Aprel 2018Yığmamız Gürcüstanla bacarmadı
-
19:30 | 25 Aprel 2018“Onun “Real”a keçidi mətbuatın fantaziyasıdı”
-
18:20 | 25 Aprel 2018“Klubumuzun adından sui-istifadə edirlər” – “Neftçi” bəyanat yaydı
-
18:11 | 25 Aprel 2018Asiyada ilin futbolçusu məlum oldu - FOTO
-
17:45 | 25 Aprel 2018FİFA-dan “Qarabağ”a təbrik
-
17:35 | 25 Aprel 2018“2-3 oyunçu transfer edilsə...” – Arsen Venger
-
17:22 | 25 Aprel 2018“İstanbul Cup”: Radvanska ilk turda dayandı
-
16:18 | 25 Aprel 2018“Fənərbaxça” – “Beşiktaş”: Qaldığı yerdən...
-
16:16 | 25 Aprel 2018NBA: Gecənin ən yaxşı 10 hərəkəti – VİDEO
-
16:04 | 25 Aprel 2018Yunanıstan – Azərbaycan oyunun tarixi açıqlandı
-
15:52 | 25 Aprel 2018“Milan”ın yeni ev formasının şəkilləri yayıldı - FOTO
-
15:51 | 25 Aprel 2018“Arsenal” Luis Enrikeyə daha yaxındı
-
15:17 | 25 Aprel 2018“Adımın “Bavariya” ilə hallanması fəxrdi” - Beyl
-
14:41 | 25 Aprel 2018Tərlan Əhmədov: Getsin, qalsın?
-
14:34 | 25 Aprel 201830, 40, 50 manat + çay, kofe... – “Formula -1 paketi”
-
14:25 | 25 Aprel 2018Maqnus Karlsen Şəmkirdə “Dünya yığma”sına qələbə qazandırdı
-
13:49 | 25 Aprel 2018Şenol Günəş və futbolçular polisə çağırıldı
-
13:48 | 25 Aprel 2018“Barselona” Pikeyə əvəzləyici tapdı
-
13:28 | 25 Aprel 2018“Keşlə”yə 2 oyunda texniki məğlubiyyə verildi
-
13:23 | 25 Aprel 2018Hakimləri döyən və söyənlər cəzalandırıldı
-
12:56 | 25 Aprel 2018AFFA Məmmədovların səhvini düzəltdi
-
12:53 | 25 Aprel 2018Maksimova cəza, Abasova xəbərdarlıq
-
12:25 | 25 Aprel 2018Aqolli üçün ən təhlükəli futbolçular: Onunla feyr-pley çərçivəsində mübarizə aparmışıq - MÜSAHİBƏ
-
12:21 | 25 Aprel 2018Kurtua millinin baş məşqçisini məhkəməyə verdi
1. |
Qarabağ | 24 | 18 | 5 | 1 | 34-8 | 59 |
2. |
Qəbələ |
24 | 12 | 6 | 6 | 37-24 | 42 |
3. |
Sumqayıt | 24 | 11 | 6 | 7 | 31-26 | 39 |
4. |
Neftçi |
24 | 11 | 4 | 9 | 32-24 |
37 |
5. |
Zirə |
24 |
9 | 8 | 7 | 30-26 | 35 |
6 |
Keşlə | 24 | 5 | 6 | 13 | 22-37 | 21 |
7. |
Səbail |
24 |
5 | 5 | 14 | 16-33 | 20 |
8. |
Kəpəz |
24 | 3 | 4 | 17 | 15-39 | 13 |
-
23:05 | 23 Aprel 2018“Fənərbaxça”dan böyükhesablı qələbə - YENİLƏNİB
-
00:37 | 25 Aprel 2018ÇL: Yarımfinal 7 qolla başladı - YENİLƏNİB
-
01:00 | 24 Aprel 2018Premyer Liqa: son matçda 1 qol - YENİLƏNİB
-
20:38 | 25 Aprel 2018“Neftçi” və “Yasamal” kubokda mübarizəni dayandırdı - YENİLƏNİB
-
12:16 | 23 Aprel 2018“CBC Sport” monopoliya siyasətinə üstünlük verib”
-
00:38 | 26 Aprel 2018“Real”dan əzmkar qələbə - YENİLƏNİB
-
13:55 | 24 Aprel 2018Məhəmməd Salahın hekayəsi – Öz sözləri ilə
-
12:29 | 24 Aprel 2018“Beşiktaş”ın Azərbaycan planı: Ronaldonu Bakıya gətirmək istəyir
-
14:41 | 25 Aprel 2018Tərlan Əhmədov: Getsin, qalsın?
-
15:25 | 23 Aprel 2018I divizionun neçə klubu TPL-də oynamaq istəyir?