[b]“Bu, hər zaman rast gəlinən hadisə deyil” – Famil Ağayev[/b]
11.03.2017 - 00:06
[b]“Bu, hər zaman rast gəlinən hadisə deyil” – Famil Ağayev[/b]

“Uduzduğumuz iki partiyadan sonra matçı çevirməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Azərreyl”in baş məşqçisi Famil Ağayev deyib.

 

Qadınlar arasında voleybol üzrə Azərbaycan Super Liqasında “Telekom”la qarşılaşan “dəmiryolçular” 0:2 geri düşdüyü oyundan 3:2 hesabı ilə qalib gəlib. Mütəxəssis matçdan sonra Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə oyun haqqında fikirlərini bölüşüb: “Hər iki komanda möhtəşəm oynadı. Düşünürəm ki, bu, mövsümün ən gözəl oyunu idi. Voleybolda bir komandanın 0:2-dən gəlib qələbə qazanması hər zaman rast gəlinən hadisə deyil. Biz bu gün bunu bacardıq. Təbii ki, dəyişikliklər də öz sözünü dedi. Jidkova ikinci hissədə öz oyununu stabilləşdirdi”.

0