SİZİN REKLAM BURADA

“Böyük dəbilqə”də ikinci gün: 1 qızıl, 2 bürünc - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə daha 4 dəst medal öz sahibini tapıb.

 

Azərbaycan yığması 4 çəkinin hərəsində 4 idmançı ilə təmsil olunub. Rüfət İsmayılov qızıl, Rustəm Orucovla Xanım İsmayılov bürünc medala seviniblər. Bununla da yığmamızın "Böyük dəbilqə"də qazandığı mükafatlarının sayı 4-ə çatıb. 

 

Kişilər

73 kq

Cüdoçularımızdan Telman Vəliyev mübarizəyə ilk mərhələdən qoşulub. O, 1/16 finalda Yeldos Jumakanovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirib və qələbə qazanıb. Həmyerlimiz braziliyalı Aleks Silvani da məğlub edib. Lakin o, 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara uduzub.

 

Olimpiya mükafatçımız Rüstəm Orucov da Omari Niazaşvilini (Gürcüstan) məğlub etdikdən sonra çempionluğa gedən yoldan çəkilib. O, yarımfinalın 1 addımlığında Riki Nakaya (Yaponiya) ilə bacarmayıb.

 

Hidayət Heydərovun ilk sınağı 1/8 finala təsadüf edib. Cüdoçumuz Xikmatilox Turayevi (Özbəkistan) tatamiyə çıxmağa peşman edib. Lakin ardınca özü mərhələ keçə bilməyib. O, 1/4 finalda gürcü Laşa Şavdatuaşviliyə uduzub.

 

Həmyerlilərimizdən Elvin Mustafayev isə startdaca Dmitri Kanivets (Ukrayna) qarşısında aciz qalıb.

 

Təmsilçilərimizdən Heydərovla Vəliyev təsəlliverici görüşdə qarşılaşıblar. Dueldən Hidayət qalib ayrılıb. O, bürünc medal üçün Miklos Unqvari (Macarıstan) ilə üz-üzə gəlib. Cüdoçumuz ipponla uduzaraq, medalı bir addımlığında dayanıb.

 

Orucov da təsəlliverici döyüşdən üstün ayrılıb. Kanivets qalib gələn Rüstəm 3-cü yer uğrunda Şavdatuaşvili ilə görüşib və "Böyük dəbilqə"də ölkəmizin bürünc medal sayını 3-ə çatdırıb. 

 

81 kq

Bu çəki dərəcəsində tatamiyə çıxan 4 cüdoçumuzdan 3-ü ilk qarşılaşmasındaca uduzub. Vüqar Bayramov Georgi Papunaşvili (Gürcüstan) ilə, Afiq Səfərli Səid Mollayi (İran) ilə və Tural Hüseynov Uqanbaatar Otqonbaatar (Monqolustan) ilə dueldən məğlub ayrılıb.

 

Onlardan fərqli, Rüfət İsmayılov özünü yaxşı tərəfdən göstərib. İlk görüşdə Sünnatulla Əzimovu (Özbəkistan) mübarizədən kənarlaşdıran həmyerlimiz ardınca Dorin Qotonoaqaya (Moldova) qalib gəlib. Təmsilçimiz 1/4 finalda bolqarıstanlı İvaylo İvanov üzərində də inamlı qələbə qazanıb. İsmayılov yarımfinalda yaponiyalı Kenya Koharaya da günü göstərib. O, asiyalını 32 saniyəyə ippona salıb.

 

Rüfət finalda Mollayi ilə üz-üzə gəlib. Həlledici döyüşə kimi inamla irəliləyən "Qəbələ" İdman Klubunun cüdoçusu vazari xalı hesabına çempion tituluna yiyələnib.

 

Qadınlar

63 kq

Bu çəki dərəcəsində 1/4 finalda Azərbaycan dueli olub. Xanım Hüseynova Nuriyyə Axundovanı məğlub etməklə finala vəsiqə qazansa da, bu mərhələdə böyük britaniyalı Alise Şlesingerə uduzub.

 

Nərgiz Hacıyeva və Gülsədəf Kərimova da startdaca büdrəyiblər. Onlar 1/4 finalda müvafiq olaraq, Busra Katipoğlu (Türkiyə) və Andreya Leski (Sloveniya) ilə görüşdən məğlub ayrılıblar.

 

Buna baxmayaraq, cüdoçularımız bürünc medal şanslarını davam etdiriblər. Hacıyevaya təsəlliverici döyüşdə qalib gələn Kərimova 3-cü yer uğrunda Hüseynovaya rəqib olub. Qarşılaşma Xanımın qələbəsi ilə yekunlaşıb.

 

Axundova isə “bürünc” üçün Katipoğlu ilə üz-üzə gəlib. Təəssüf ki, o, uduzaraq 5-ci yeri tutub.

 

70 kq

Birinci mərhələdə təmsilçilərimizdən Aidə Baxışova 1/8 final çərçivəsində Aysel İmamverdiyevanı sınağa çəkib. Görüş birincinin qələbəsi ilə yekunlaşıb. Lakin Baxışova bu uğurunu davam etdirə bilməyib. O, 1/4 finalda kolumbiyalı Yuri Alveara uduzub. Təsəlliverici görüşdə isə Zere Bektaskızı (Qazaxıstan) Aidədən üstün olub.

 

Digər idmançılarımızdan Nərgiz İbrahimova ilk görüşdə Elvismar Rodrigesə (İJF), Validə Mirzəzadə Barbara Matiçə (Xorvatiya) qalib gələ bilməyib.

 

Təsəlliverici döyüşdə üz-üzə gələn idmançılarımızın qarşılaşmasında isə Mirzəzadə güclü olub. O, bürünc medal uğrunda görüşdə Aleksandra Samardjiçlə (Bosniya və Herseqovina) qüvvəsini sınayıb. Döyüş rəqibin qələbəsi ilə bitib. 

 

Qeyd edək ki, yarışın son günü daha 15 cüdoçumuz nəyə qadir olduğunu göstərəcək. Turnirin ilk günündə isə 19 təmsilçimizdən yalnız Orxan Səfərov (60 kq) bürünc medala layiq görülüb. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10